KTMT-nin Baş katibi: "Təşkilatın genişləndirilməsinin mümkünlüyü istisna edilmir"

KTMT-nin Baş katibi: "Təşkilatın genişləndirilməsinin mümkünlüyü istisna edilmir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) genişləndirilməsi ehtimalı istisna edilmir.

APA xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “Milli Müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi-siyasi müttəfiqliyə ehtiyac xeyli artır.

“Bu təbiidir və tarix bunu təsdiqləyir. Üstəlik, KTMT çox əlverişli iştirak şərtləri təklif edir”, - Tasmaqambetov qeyd edib.

Baş katib əlavə edib ki, KTMT böhranlı vəziyyətlərin həllində siyasi və diplomatik üsullara üstünlük verir.