Ucarın Gəraybəyli kəndinin yolları acınacaqlı vəziyyətə düşüb, gediş-gəliş çətinləşib

Ucarın Gəraybəyli kəndinin yolları acınacaqlı vəziyyətə düşüb, gediş-gəliş çətinləşib

Ucar rayonunun Gəraybəyli kəndinin yolları illərdir acınacaqlı vəziyyətdədir.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri bildiriblər.

Sakinlər deyirlər ki, istər qışda, istərsə də yayda kənd yolunda hərəkət etmək mümkün deyil. Onlar Ucarın mərkəzinin yaxınlığında yaşasalar da, yolların gediş-gəliş üçün əlverişsiz olması sakinləri rayondan uzaq salır. Nəticədə hərəkət çətinləşir, mənzil başına yollananlar əlavə vaxt itkisi ilə üzləşirlər: “Bir neçə il öncə rayon ərazisində asfaltlanma işləri görüləndə rayona çox yaxın olduğundan Gəraybəyli kəndinin yoluna da asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Amma təəssüf ki, bu işlər zamanı yenə də kəndə nə asfalt örtüyü çəkildi, nə də təmir olundu”.

Sürücülər də bildirirlər ki, bu yoldan istifadə etməkdə çox çətinlik çəkirlər. Onların sözlərinə görə, hər dəfə hərəkət edərkən avtomobillərdə texniki nasazlıqlar ortaya çıxır.

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti orqana müraciət etsələr də, müraciətlərinə cavab verən olmayıb.

Çəkiliş apardığmız zaman kənd yolunun acınacaqlı vəziyyətinin şahidi olduq. Vətəndaşları dinlədikdən sonra üz tutduq Gəraybəyli kənd bələdiyyəsinə. Bələdiyyə sədri Rəhim Rəhimov bildirdi ki, məsələ diqqət mərkəzindədir və qısa zamanda sakinlərin də iştirakı ilə aidiyyəti qurumlara rəsmi müraciət olunacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

HADİSƏ HADİSƏ
Hövsanda 9 yaşlı uşağı avtomobil vurub

Hövsanda 9 yaşlı uşağı avtomobil vurub

HADİSƏ HADİSƏ
On yaşlı uşaq faciəvi şəkildə öldü

On yaşlı uşaq faciəvi şəkildə öldü

HADİSƏ HADİSƏ
Çerniqovda azərbaycanlılar da raket zərbələrinə məruz qalıblar 

Çerniqovda azərbaycanlılar da raket zərbələrinə məruz qalıblar 

HADİSƏ HADİSƏ
İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

HADİSƏ HADİSƏ
Xaçmaz-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib

Xaçmaz-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib

HADİSƏ HADİSƏ
Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

HADİSƏ HADİSƏ
Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb

Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb

HADİSƏ HADİSƏ
Nazirlik: "Bakı-Quba yolunda qəzaya düşənlər müəllimlərdir"

Nazirlik: "Bakı-Quba yolunda qəzaya düşənlər müəllimlərdir"

HADİSƏ HADİSƏ
Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI - YENİLƏNİB-2

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Bakının bu yollarında tıxac var - SİYAHI

Bakının bu yollarında tıxac var - SİYAHI

HADİSƏ HADİSƏ
Bakıda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Bakıda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

HADİSƏ HADİSƏ
Qaxda turist qayalıq ərazidə yıxılıb

Qaxda turist qayalıq ərazidə yıxılıb