İtaliyada zəlzələ olub

İtaliyada zəlzələ olub

İtaliyanın şimalında 5 maqnitudalı zəlzələ olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzinə verilənlərinə görə, yerli vaxtla 22:19-da qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri əhalisi 8 min nəfər olan Tolmedzo kommunasından 13 km cənub-qərbdə olub.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, İtaliyada dağıntılara yol açmış sonuncu güclü zəlzələ 2016-cı ildə qeydə alınıb. O zaman 300-ə yaxın insan həlak olmuş, 400-dən çox insan yaralanmışdı.