Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Rusiya Ermənistana yerinə yetirilməmiş müqavilələr əsasında tədarükü nəzərdə tutulan silahları göndərir.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Andranik Köçəryan məlumat verib.

Onun sözlərinə görə, İrəvan Rusiya silah bazarından imtina etmir.

Söhbətin Rusiya tərəfinin ödənişli müqavilələr əsasında tədarük olunmayan silahlardan getdiyini deyən Köçəryan qeyd edib ki, hazırda Rusiya bu silahları hissə-hissə Ermənistana vermək imkanı tapıb.