Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Türkiyə M107 haubitsaları üçün ABŞ Müdafiə Nazirliyinə 116 min 155 mm-lik sursat göndərəcək.

Birxeber.Az “Savunma Sanayi” portalına istinadən xəbər verir ki, bu sursatlar Vaşinqtonun Ukraynaya verdiyi mərmiləri əvəz edəcək.

Müvafiq müqaviləni Türkiyənin Çorum şəhərində yerləşən “Arca Savunma” şirkəti imzalayıb.

Məlumata görə, Türkiyədən ABŞ-yə sursat tədarükü üçün əlavə müqavilələrin bağlanması planlaşdırılır.