İran XİN rəhbəri Türkmənistana gedir

İran XİN rəhbəri Türkmənistana gedir

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkmənistana səfər edir.

APA xəbər verir ki, bu barədə iranlı nazir “X” platformasında bildirib.

“Fəal xarici siyasət və dinamik diplomatiyaya uyğun olaraq İran və Türkmənistan arasında münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək məqsədilə Aşqabada gedirəm”, - diplomat qeyd edib.