Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Türkiyə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsini alqışlayır və bu qətnamənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcək.

Birxeber.Az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri beynəlxalq ictimaiyyəti qərara əməl etmək üçün İsrailə təzyiqi artırmağa çağırıb.

“Qəzzadakı qardaşlarımızın tezliklə sülh və əmin-amanlığa nail olması üçün hər cür səy göstərəcəyik”, - deyə Ərdoğan əlavə edib.