“Crocus”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 143-ə çatıb

“Crocus”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 143-ə çatıb

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ölən şəxslərin yenilənmiş siyahısını dərc etməklə məlumat yayıb.

Siyahı martın 27-də saat 20:00-a qədər olan məlumatlara əsasən tərtib edilib və Rusiya Səhiyyə Nazirliyinin informasiyasına əsaslanıb.

Xatırladaq ki, martın 22-də axşam saatlarında əli silahlı dörd nəfər "Crocus City Hall"a daxil olaraq avtomat silahdan insanlara atəş açıblar və konsert salonunda yanğın törədiblər. Nəticədə 140-dan çox şəxs ölüb, 180 nəfər yaralanıb. Rusiya hüquq mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində yaxalayıb. Məhkəmə həmin dörd nəfər və onlara bu cinayəti törətmək üçün yardım etməkdə təqsirləndirilən daha dörd nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.