Azərbaycan UNESCO-nun mənzil-qərargahında keçirilən "Ənənəvi geyim günü"ndə iştirak edib

Azərbaycan UNESCO-nun mənzil-qərargahında keçirilən "Ənənəvi geyim günü"ndə iştirak edib

Azərbaycan Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilən "Ənənəvi geyim günü"ndə iştirak edib.

"Report"un Fransa bürosu xəbər verir ki, UNESCO-nun İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində 27 mart - Ənənəvi Geyim Günü qeyd edilib.

Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin üzvləri Şuranın son iclasına Qarabağa aid olan milli geyimlərdə qatılıblar. Milli geyimlərimiz zərifliyi, incəliyi, eləcə də milli bəzəkləri ilə diqqəti cəlb edib.

Qeyd edək ki, bu təşəbbüs İndoneziya və Polşanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən ortaq mədəni müxtəlifliyi və irsi, eləcə də qarşılıqlı anlaşmanın təbliği və təşviqi məqsədilə irəli sürülüb. UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər.