Türkiyə və Britaniya XİN rəhbərlərinin görüşünün detalları açıqlanıb - YENİLƏNİB

Türkiyə və Britaniya XİN rəhbərlərinin görüşünün detalları açıqlanıb - YENİLƏNİB

Türkiyə xarici işlər naziri Hakan Fidanla Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşünün detalları açıqlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, diplomatik mənbələr görüş zamanı Qəzzada atəşkəs, NATO çərçivəsində əməkdaşlıq, Qara dənizdə vəziyyət və digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Kemeron Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq etməsindən məmnunluğunu ifadə edib.

***

14:08

Türkiyə və Britaniya XİN rəhbərləri görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda britaniyalı həmkarı Devid Kemeronla görüşüb.

Tərəflər Qəzza başda olmaqla regional məsələləri müzakirə ediblər.