Göygöldə 18 yaşlı gənc bıçaqlanıb

Göygöldə 18 yaşlı gənc bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.