İnsult keçirən 87 yaşlı əməkdar artist Kifayət Gəncəli xəstəxanadan evə buraxılıb

İnsult keçirən 87 yaşlı əməkdar artist Kifayət Gəncəli xəstəxanadan evə buraxılıb

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.