Latviya və Estoniya parlamenti Rusiyanı soyqırımda ittiham edib

Latviya və Estoniya parlamenti Rusiyanı soyqırımda ittiham edib

Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini tanıyan bəyanatlar qəbul ediblər.

“Birxeber” UNİAN-a istinadən xəbər verir ki, Latviya Seymində yekdilliklə qəbul edilən bəyanatda deyilir:

“Seym Rusiyanın Belarus rejiminin də iştirakı və dəstəyilə Ukraynaya irimiqyaslı hərbi müdaxiləsini qətiyyətlə pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.

Estoniya parlamenti Riigikoqu da Rusiyanın Ukraynada törətdiyi soyqırım və hərbi cinayətlərə dair 84 millət vəkilinin təqdim etdiyi bəyanatı qəbul edib. Sənəddə qeyd olunur:

“Rusiya Federasiyası Ukraynanın Buça, Hostomel, Borodianka, İrpin, Mariupol şəhərlərində, habelə bir çox digər yaşayış məntəqələrində soyqırım cinayəti, o cümlədən kütləvi vəhşiliklər törədib. Bu əməllər insanların qətli, oğurlanması, deportasiyası, azadlıqdan məhrum edilmələri, işgəncələr, zorlamalar, habelə cəsədlərin təhqir edilməsindən ibarətdir”.

Rusiyanın törətdiyi cinayətlərin təhqiqatına, təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verməyə, bu məqsədlə beynəlxalq məhkəmə qurmağa çağırış irəli sürülüb. Estoniya parlamenti Rusiyaya qarşı sanksiyaları dərhal sərtləşdirməyə, o cümlədən enerji ticarətini dayandırmağa, Ukraynaya hərbi və humanitar yardımları artırmağa da çağırış edib. 

Region Region
Ukrayna tankçıları Britaniyada "Challenger 2”ni idarə etməyi öyrənəcəklər

Ukrayna tankçıları Britaniyada "Challenger 2”ni idarə etməyi öyrənəcəklər

Region Region
Ərdoğan Gürcüstanın Baş naziri ilə görüşüb

Ərdoğan Gürcüstanın Baş naziri ilə görüşüb

Region Region
Ərdoğan: “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”

Ərdoğan: “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”

Region Region
Malatyada zəlzələdə yaralananların sayı 110 nəfərə çatıb, dağıntılar altından 32 nəfər xilas edilib - YENİLƏNİB-4

Malatyada zəlzələdə yaralananların sayı 110 nəfərə çatıb, dağıntılar altından 32 nəfər xilas edilib - YENİLƏNİB-4

Region Region
Aleksandr Pavlyuk: "İndiyədək Kiyevdə 10 minə yaxın döyüş sursatı zərərsizləşdirilib"

Aleksandr Pavlyuk: "İndiyədək Kiyevdə 10 minə yaxın döyüş sursatı zərərsizləşdirilib"

Region Region
Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

Region Region
Zelenski Baxmutla bağlı sözlərinə aydınlıq gətirib: “Rusiyanın əlinə keçməyib”

Zelenski Baxmutla bağlı sözlərinə aydınlıq gətirib: “Rusiyanın əlinə keçməyib”

Region Region
Ermənistanın Baş prokuroru keçmiş müdafiə nazirinin məsuliyyətə cəlb olunmasını tələb edir

Ermənistanın Baş prokuroru keçmiş müdafiə nazirinin məsuliyyətə cəlb olunmasını tələb edir

Region Region
Ermənistanda vərəmdən ölənlərin sayı artıb

Ermənistanda vərəmdən ölənlərin sayı artıb

Region Region
NATO Baş katibi dünya ölkələrini Ukraynaya əlavə hərbi yardım göstərməyə çağırıb

NATO Baş katibi dünya ölkələrini Ukraynaya əlavə hərbi yardım göstərməyə çağırıb

Region Region
Rusiya ordusu Donetskə hücum edib, 1 mülki şəxs ölüb, 2-si yaralanıb

Rusiya ordusu Donetskə hücum edib, 1 mülki şəxs ölüb, 2-si yaralanıb

Region Region
Ərdoğan Putin və Zelenski ilə humanitar dəhliz təşəbbüsünü müzakirə etməyi planlaşdırır

Ərdoğan Putin və Zelenski ilə humanitar dəhliz təşəbbüsünü müzakirə etməyi planlaşdırır