Rusiya XİN Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb

Rusiya XİN Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş naziri müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun 2023-cü il 2 iyun tarixində keçirilən iclasında tərəflər Cənubi Qafqazda regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hərtərəfli qarşılıqlı sərfəli həllə yaxın olublar:

“Biz tərəfdaşlarımızı Üçtərəfli İşçi Qrup daxil olmaqla, üçtərəfli formatda əməkdaşlığı bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.