Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, prokurorluq araşdırma aparır - YENİLƏNİB-1

Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, prokurorluq araşdırma aparır - YENİLƏNİB-1

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

18.15

Prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

17.24

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

Birxeber.Az-nın xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.