Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan imtina edib

Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan imtina edib

Rusiyalı oxatanlar Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

"Birxeber.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Oxçuluq Federasiyasının rəhbəri Vladimir Yeşeyev məlumat verib.

Onun sözlərinə görə, idmançılar Paris olimpiadasının təsnifat mərhələlərinə neytral statusda qatılmaq istəmirlər: "Yığmada bayraqsız və himnsiz çıxış etmək istəyən yoxdur. Xüsusən də bir çoxumuz ÇSKA-nı və "Dinamo"nu təmsil edirik. Federasiyanın İcraiyyə Komitəsi idmançıların neytral statusta iştirakını təsdiqləyib, lakin onlar özləri olimpiadaya getməyə maraq göstərmirlər".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi ruslara və belaruslara Paris olimpiadasına neytral idmançı kimi qatılmağa icazə verib. Daha əvvəl bu ölkənin boksçuları yarışa qatılmaqdan imtina ediblər. Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.