Dünyanın bir nömrəli tennisçisi məşqçisi ilə yollarını ayırıb

Dünyanın bir nömrəli tennisçisi məşqçisi ilə yollarını ayırıb

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç məşqçisi ilə yollarını ayırıb.

“Birxeber.Az” xəbər verir ki, idmançı Qoran İvanişeviçlə əməkdaşlığa son qoyub.

“Qoranla bir neçə gün əvvəl əməkdaşlığımızı dayandırmaq qərarına gəldik. Kortda eniş və yüksəlişlərimiz olub, amma dostluğumuz həmişə güclü qalıb”, - deyə Cokoviç sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, Novak Cokoviçlə Qoran İvanişeviç 2018-ci ildən birlikdə çalışıblar. Serbiyalı tennisçi son 6 ildə dörd dəfə Avstraliya Açıq, iki dəfə Rolan Qarros, dörd dəfə Uimbldon, iki dəfə ABŞ Açıq turnirinin qalibi olub.