Nigeriyada yaraqlılar 2 nəfəri öldürüb, 14 işçini girov götürüb

Nigeriyada yaraqlılar 2 nəfəri öldürüb, 14 işçini girov götürüb

Nigeriyada yaraqlılar Zamfara ştatında yerləşən Tsafe şəhərinə hücum edərək regional təhlükəsizlik xidmətinin komandirlərindən birini, həmçinin yerli hökumət rəsmisini öldürüblər.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Dauda Loval məlumat verib.

“Terrorçular iki nəfəri qətlə yetirməklə yanaşı, magistral yol inşa edən 14 işçini girov götürüblər”, - o bildirib.