"Çelsi"nin 62 milyon avroya transfer etdiyi futbolçu mövsümü başa vurub

"Çelsi"nin 62 milyon avroya transfer etdiyi futbolçu mövsümü başa vurub

"Çelsi"nin 62 milyon avroya transfer etdiyi Romeo Lavia zədə səbəbindən mövsümü başa vurub.

"Birxeber.Az" xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "Kristal Pelas"a qarşı keçirilən matçda omba nahiyəsindən zədə alıb.

Belçikalı oyunçu bu mövsüm "Çelsi"nin heyətində cəmi 32 dəqiqə meydanda olub.

Qeyd edək ki, Romeo Lavia bu yay "Sauthempton"dan transfer edilib. Onun müqavilə müddəti 2030-cu ilə qədərdir.