Bayram günlərində KTM-ə zəhərlənmə şübhəsi ilə 19 nəfər gətirilib

Bayram günlərində KTM-ə zəhərlənmə şübhəsi ilə 19 nəfər gətirilib

Bayram günlərində (20-26 mart) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

Bu barədə “Birxeber.Az”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd bildirib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.

Onun sözlərinə görə, müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, ölüm faktı qeydə alınmayıb.