Dünya Ekoloji Təhsil Günündə ETSN-də uşaqlarla görüş keçirilib

Dünya Ekoloji Təhsil Günündə ETSN-də uşaqlarla görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə nazirlikdə 40-a yaxın uşaqla görüşüb, onlara Azərbaycanın zəngin biomüxtəlifliyi barədə maraqlı məlumatlar verib.

“Report”un məlumatına görə, Azərbaycanın fauna və florasını özündə əks etdirən, zəngin məlumatlı “Azərbaycan faunası” və “Azərbaycan florası” adlı kitablarını imzalayaraq uşaqlara hədiyyə edib.

Görüşdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlar verilib, milli parklardan maraqlı görüntülər paylaşılıb.

Dünya Ekoloji Təhsil günü ilə əlaqədar keçirilən bu görüş uşaqlarda ekoloji şüurun formalaşmasına, “Yaşıl gələcək naminə həmrəylik ili”ndə və ölkəmizdə ilk dəfə keçiriləcək dünyada ən mötəbər tədbir olan COP29 çərçivəsində uşaqların maariflənməsinə bir töhfədir.