Berlində fermerlər 250 traktorla etiraz aksiyasına çıxıblar

Berlində fermerlər 250 traktorla etiraz aksiyasına çıxıblar

Almaniyanın paytaxtı Berlində Brandenburqdan şəhərə enən fermerlər 250 traktorla yanacağa verilən subsidiyaların azaldılmasına qarşı növbəti dəfə nümayiş keçirirlər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə DPA agentliyi paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.

"Bu səhər Brandenburqun hər yerindən 300-dən çox fermer Berlinə yola düşüb. Onlar 250 traktorla koalisiya partiyalarının qərargahı qarşısında kənd təsərrüfatı üçün nəzərdə tutulan dizel xərclərinin azaldılmasına qarşı nümayiş keçiriblər”, - məlumatda qeyd edilib.

Bildirilib ki, traktora minən fermerlər şəhərdə hərəkətlərini davam etdirirlər.