Ukrayna XİN rəhbəri: Rusiyanın qələbəsi Şimali Koreyanı təşviq edə bilər

Ukrayna XİN rəhbəri: Rusiyanın qələbəsi Şimali Koreyanı təşviq edə bilər

Rusiyanın Ukraynada qələbəsi dünyanın müxtəlif nöqtələrində münaqişələri alovlandıracaq.

Birxeber.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici jurnalistlər üçün təşkil olunan onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada qələbə qazanması Koreya yarımadasında da vəziyyəti gərginləşdirə, o cümlədən Şimali Koreyanı təşviq edə bilər.

“Bu gün Şimali Koreya Rusiyaya silah-sursat göndərir” deyən Kuleba Ukraynanın qələbəsinin dünyanın müxtəlif nöqtələrinə sabitlik gətirəcəyini iddia edib.