Kuleba gələcəkdə Türkiyənin sülh danışıqlarında vasitəçiliyini istisna etmir

Kuleba gələcəkdə Türkiyənin sülh danışıqlarında vasitəçiliyini istisna etmir

"İndiyə qədər Rusiya və Ukrayna arasında danışıqların təşkil olunmasına yalnız Türkiyə nail olub".

Birxeber.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

O xatırladıb ki, bu danışıqlar 2022-ci ilin martında İstanbulda baş tutub.

"Biz hazırda Ukraynanın təqdim etdiyi Sülh Formulu Sammitinə hazırlaşırıq və burada nüvə təhlükəsizliyi, əsirlərin taleyi kimi hər kəs üçün vacib olan məsələlər də müzakirə olunacaq və bu sammitdə Türkiyənin, Çinin iştirakını da gözləyirik".

Dmitri Kuleba jurnalistin sualına cavab olaraq gələcəkdə Türkiyənin vasitəçiliyi ilə sülh danışıqlarında iştirakı istisna etməyib.

O, Ukraynanın sülh üçün vasitəçilərə "arxa çevirmədiyini" deyib. "Türkiyə böyük oyunçudur. Prezident Ərdoğanın qlobal səviyyədə reputasiyası var", - ukraynalı nazir əlavə edib.