Ərdoğan: Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var

Ərdoğan: Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var

Rusiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: “Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb. Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik. Artıq elə vəziyyət yaranıb ki, terrorçular ölkə daxilində hərəkət edə bilmirlər. Sərhədlərimizdən kənarı isə addım-addım nəzarət altına alırıq”.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.