Almaniyada turist avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Almaniyada turist avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Almaniyanın Leypsiq şəhərində turist avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə xilasedici xidmətdən bildirilib.

Nəqliyyat vasitəsi beynəlxalq daşımalar üzrə ixtisaslaşan “Flixbus” şirkətinə məxsusdur. Avrobus naməlum səbəbdən yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedici helikopterlər cəlb olunub.

Qəza ilə əlaqədar Münxen istiqamətində avtomobil yolu bağlanıb.