Orta Dəhliz üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib

Orta Dəhliz üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib

2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib.

“Birxeber.Az”un “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi məlumata görə, bu gün Türkiyənin Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası baş tutub.

İclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçirilib və nəticələrə əsasən marşrutun inkişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.

Həmçinin yığıncaq çərçivəsində Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərləri ilə üçtərəfli görüş keçirilib. Görüşdə hər üç tərəfin təsisçisi olduğu Orta Dəhliz çərçivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biznes modelinin müəyyən olunması müzakirə olunub.