Metronun "Nəsimi" stansiyasında alışma baş verib

Metronun "Nəsimi" stansiyasında alışma baş verib

"Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

"APA-Economics"in "Bakı Metropoliteni" Qapalı Səhmdar CƏmiyyətinə istinadən xəbərinə görə, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.