"Crocus"da ölənlərin sayı 140-a çatıb

"Crocus"da ölənlərin sayı 140-a çatıb

"Crocus"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Crocus City Hall"da törədilən terror aktı zamanı yaralanan bir pasient xəstəxanada dünyasını dəyişib.

"Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan yaralılardan biri dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər", - Muraşko vurğulayıb.