Bakının Yasamal və Səbail rayonlarının bir hissəsində su kəsilib
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
"Birxeber.Az-Economics" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, yaranmış məhdudiyyətlə əlaqədar qurum abonentlərdən üzr istəyib.