Azərbaycan millisinin futbolçusu: İngiltərə və Ukraynadan çox geridəyik

Azərbaycan millisinin futbolçusu: İngiltərə və Ukraynadan çox geridəyik

İgiltərə və Ukraynadan çox geridəyik.

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Rüfət Əhmədov İngiltərə (1:5) və Ukraynaya (0:3) uduzduqları Avropa çempionatının seçmə mərhələ matçları barədə danışarkən deyib.

Müdafiəçi yığmalar arasında fərq olduğunu söyləyib: "Ukraynada komanda oyunu çox yaxşıdır. İngilislərdə isə fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Onlar daim yaxşı çempionatlarda oynayırlar. Bizdə isə Premyer Liqada mütəmadi meydana çıxanlar azdır. Bu da meydanda öz təsirini göstərir".

Əhmədov böyükhesablı məğlubiyyətdən sonra ikinci qarşılaşmaya köklənməyin çətin olduğunu etiraf edib: "İstər-istəməz uduzanda pis olursan. Biz belə matçları az gördüyümüz üçün bu cür rəqiblərə qarşı çətinlik çəkirik".