Moskva vilayətində reyd keçirilib, 21 miqrant saxlanılıb

Moskva vilayətində reyd keçirilib, 21 miqrant saxlanılıb

Polis və Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Moskva vilayətinin Elektrostal şəhərindəki "Wildberries" anbarında keçirdiyi reyd zamanı 21 nəfər saxlanılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, işçilərin pasportları, miqrasiya kartları, yaşayış icazələri, müvəqqəti yaşamaq üçün icazələr və hərbi biletlər yoxlanılır.

"Baza" teleqram kanalı "Wildberries" anbarının artıq dörd blokunun yoxlanıldığını, daha beş blok qaldığını yazıb.