İsveç hərbçilərini Latviyada yerləşdirməyi planlaşdırır

İsveç hərbçilərini Latviyada yerləşdirməyi planlaşdırır

İsveç noyabr ayından Latviya ərazisinə hərbçilərini yerləşdirməyi planlaşdırır.

“Birxeber.Az” “Politico” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsveçin NATO-dakı səfiri Aksel Vernhoff bildirib.

“A.Vernhoff İsveçin NATO-nun Latviyada mövcudluğu çərçivəsində bu ölkəyə qoşun yerləşdirmək planını təsdiqləyib. İsveç bununla bağlı əməliyyata noyabrda başlamağı planlaşdırır”, - nəşrdə qeyd olunub.

İsveç hərbçiləri rotasiya əsasında Latviyada yerləşdiriləcək və onları Danimarkadan olan hərbçilər əvəz edəcək.

Qeyd edək ki, İsveç martın 7-də rəsmi olaraq alyansın 32-ci üzvü olub.