Türkiyə XİN: Küncə sıxışmış PKK-nın Avropadakı türk icmasına qarşı təxribatları artıb

Türkiyə XİN: Küncə sıxışmış PKK-nın Avropadakı türk icmasına qarşı təxribatları artıb

Küncə sıxışmış PKK terror təşkilatının Avropadakı türk icmasına qarşı təxribatları artıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

“Müvafiq ölkələrdən gözləntimiz terrorçuların təxribat törətməsinə imkan verilməməsi və hücumçuların ən qısa vaxtda ədalət qarşısında cavab vermələridir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 26-da Türkiyənin Almaniyadakı Hannover Baş konsulluğuna hücum olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Hadisədən sonra Türkiyə ilə Almaniya arasında rəsmi təmaslar baş tutub.