Alpinist ləvazimatları ilə xilasetmə mövzusunda təlim keçirilib

Alpinist ləvazimatları ilə xilasetmə mövzusunda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.

APA FHN-ə istinadən xəbər verir ki, yəlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.

Yekunda təlimin nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.