PFL rəsmilərinin son durumu açıqlanıb

PFL rəsmilərinin son durumu açıqlanıb

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu müəyyənləşib.

Bu barədə "Report"a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən Elxan Səmədov tam olaraq reabilitasiya mərhələsinə başlayır: "Düşünürəm ki, hardasa bir aydan sonra ayağa qalxa bilər. Əməliyyatdan sonra bərpa prosesi üçün müddət vacibdir. Aslan müəllimdə də reabilitasiya davam edir. Hər şey qaydasındadır. Hər birinə zaman lazımdır. Gündə iki dəfə olmaqla reabilitasiyaları qəbul edirlər. Sadəcə, durumları fərqlidir. Aslan müəllim daha ön mərhələdədir və bərpası gedir".

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.