Nardaranda karxanada 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Nardaranda karxanada 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Bu barədə Birxeber.Az-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.