Ərini baltalamaqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Ərini baltalamaqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Birxeber.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Lalə İmaşova 9 il müddətinə zadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə polis nəzarətində olan qadın məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hadisə keçən il yanvarın 21-də paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Lalə İmaşova barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.