Ermənistanda hakim partiyadan olan deputat mandatından imtina edəcək

Ermənistanda hakim partiyadan olan deputat mandatından imtina edəcək

“Mülki müqavilə” fraksiyasından olan deputat Qurqen Arsenyan Ermənistan hakimiyyətinin iqtisadi siyasətinə etiraz əlaməti olaraq mandatından imtina edəcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, fikir ayrılıqları bir il əvvəl yaranıb. Q.Arsenyan əmlak vergisinin artırılmasının və qanunvericiliyə edilən digər dəyişikliklərin əleyhinə idi. Amma o, həmin vaxt mandatdan imtina etməyib, çünki Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyinat gözləyirdi. Lakin Rusiya tərəfi onun təyinatı ilə razılaşmayıb və Ermənistan hökumətinin bir neçə nümayəndəsinin, o cümlədən Q.Arsenyanın ölkəyə girişinə qadağa qoyub.