Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Bakının Sabunçu rayonunun Nardaran kəndində ölümlə nəticələnən hadisə baş verib.

Bu barədə “Birxeber.Az”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.