“Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb

“Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.