Aİ ABŞ-də məhbusun azotla edam edilməsini tənqid edib

Aİ ABŞ-də məhbusun azotla edam edilməsini tənqid edib

ABŞ-nin Alabama ştatında Kennet Yucin Smitin azot vasitəsilə edam edilməsi qəddar cəzadır və Avropa İttifaqı (Aİ) ölüm cəzasına qarşı çıxır, çünki bu, insanın yaşamaq hüququnu pozur.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir.

“Edam məhbusu azotla nəfəs almağa məcbur etməklə, onu bədən funksiyalarını dayandırmaq üçün lazım olan oksigendən məhrum etməklə həyata keçirilib, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. İlk dəfə bu edam üsulu ABŞ-də tətbiq edilib. Bu üsul, aparıcı ekspertlərin fikrincə, məhbusun 2022-ci ilin noyabrında artıq uğursuz edam cəhdinə məruz qalması ilə yanaşı, xüsusilə qəddar və qeyri-adi cəzadır”, - bəyanatda qeyd edilib.

Sənəddə bildirilib ki, Aİ Alabama ştatı rəhbərliyinin bu cəza üsulundan istifadə etmək qərarına görə dərin təəssüf hissi keçirir: “Aİ ötən il ABŞ-də edamların sayının artmasından, 5 ştatda 24 nəfərin edam edilməsindən narahatdır”.