Sığortaedənlərin sayı 0,15% artıb

Sığortaedənlərin sayı 0,15% artıb

2024-cü ilin fevral ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 3 075 vahid və ya 0,15% artaraq 2,02 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondundan Birxeber.Az-ya verilən xəbərə görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 648, fiziki şəxslər üzrə 1 298, torpaq mülkiyyətçiləri üzrə isə 1 129 vahid artıb.