Kapital Bank: Xaricdə uğur qazanan "FinTech"lər yerli maliyyə sektoruna daxil olacaq

Kapital Bank: Xaricdə uğur qazanan "FinTech"lər yerli maliyyə sektoruna daxil olacaq

Bank sektorunda kapital tələbinin olması, maliyyə xidmətləri və situasiyaları təklif edən gənc şirkətlərin bazara əsasən mövcud banklarla əməkdaşlıq çərçivəsində daxil olacağı gözlənilir.

"Birxeber.Az-Economics" xəbər verir ki, bu barədə "Kapital Bank"ın maliyyə sektoru üzrə gözləntilərində qeyd edilib. Bank hesab edir ki, xarici bazarlarda uğur qazanan FinTech şirkətləri Azərbaycanın bank- maliyyə sektoruna daxil olacaq.

Bildirilib ki, bank və qeyri-bank təşkilatlarının strateji yanaşması maliyyə xidmətləri üzrə innovativ həllərin həyata keçrilməsinə yönəlib:

"Texnologiyanın sürətli inkişafı həm dünyada, həm də Azərbaycanda yeni innovativ şirkətlərin yaranmasına və xidmət sahələrində, xüsusən də bank sektorunda rəqabətin artmasına səbəb olur. Son illər Azərbaycanda startap mühitinin formalaşması və inkişafı maliyyə xidmətlərinin göstərilməsində yeni innovativ həllər həyata keçirəcək həm banklar, həm də qeyri-banklar tərəfindən yeni rəqiblərin formalaşması imkanlarını artırır. Məhsul və xidmətləri qismən və ya daha az rəqəmsallaşdırılan rəqib banklar növbəti dövr üçün strateji baxışlarına bu istiqamətdə inkişafı daxil ediblər".