Azərbaycan Mərkəzi Bankı sabah növbəti faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı sabah növbəti faiz qərarını açıqlayacaq

Martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, AMB son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.