Azərbaycan millisinin futbolçusu Türkiyə Superliqasında oynamaq istəyir

Azərbaycan millisinin futbolçusu Türkiyə Superliqasında oynamaq istəyir

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Superliqasında oynamaq istəyir.

“Birxeber.Az” xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumameyilli oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.

Qeyd edək ki, “Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatia”dan keçən Vüsal İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.