Şəmkirdə sürücülük hüququ olmayan şəxs qəza törədib, ölən var

Şəmkirdə sürücülük hüququ olmayan şəxs qəza törədib, ölən var

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.

“Report” xəbər verir ki, 2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi “VAZ 2112” markalı avtomobil Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sürücü A.Amasov və sərnişin - 2009-cu il təvəllüdlü Alıyev Turxan İlham oğlu xəsarət alıb, digər sərnişin - 1998-ci il təvəllüdlü Alıyev Orxan İlham oğlu aldığı xəsarətlərdən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüb.