FED ötən ili 114 milyard dollardan çox xalis zərərlə başa vurub

FED ötən ili 114 milyard dollardan çox xalis zərərlə başa vurub

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 2023-cü ili 114,3 milyard dollar xalis zərərlə başa vurub. Qurum 2022-ci ildən 58,8 milyard dollar xalis mənfəətlə çıxmışdı.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il FED-in banklardan cəlb etdiyi vəsaitlər üzrə faiz xərcləri 176,8 milyard ABŞ dolları (əvvəlki ilə nisbətən 51,9 % çox), əks repo əməliyyatları üzrə faiz xərcləri 104,3 milyard ABŞ dolları (2,5 dəfə çox) təşkil edib. Əvəzində qurum sahibi olduğu istiqrazlardan 163,8 milyard ABŞ dolları faiz gəlirləri əldə edib.