“Brent” neftinin qiyməti 85 dollardan aşağı enib

“Brent” neftinin qiyməti 85 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,85 % azalaraq 1 barelə görə 84,9 ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,86 % azalaraq 80,92 ABŞ dolları təşkil edib.