Mingəçevirdə dəmir yolu keçidində ölümlə nəticələnmiş yol qəzası baş verib

Mingəçevirdə dəmir yolu keçidində ölümlə nəticələnmiş yol qəzası baş verib

Bu gün saat 00:26 radələrində Mingəçevir şəhərində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

"Birxeber.Az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində sürücü vəfat edib.

"ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır", - deyə səhmdar cəmiyyəti bəyan edib.